İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydubackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 31 0ktyabr 2022-ci il tarixində imzaladıqları Bəyanat Azərbaycanın maraqlarını əks etdirir.

Bəyanat imzalanmazdan əvvəl Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüşü keçirilmişdir. Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Görüşdə qeyd olunmuşdur ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişmişdir. Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürmüşdür. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Qarabağ münaqişəsi artıq tarixdə qalmışdır. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan, burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.

İmzalanmış Soçi Bəyanatında bundan əvvəl qəbul edilmiş sənədlərdə əks olunan önəmli prinsiplərə sadiqlik nümayiş olunmuşdur. Bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunmuşdur.

Təhlükəsizliyin qorunması məsələsində Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığı qeyd olunmuşdur.

Münaqişə çərçivəsində olan bütün problemli məsələlərin güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunması bir daha təsdiqlənmişdir. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılması, mövcud təkliflər əsasında məqbul həll yollarının axtarışının davam etdirilməsi və Rusiya Federasiyasının buna hər vasitə ilə köməklik göstərəcəyi qeyd olunmuşdur. Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibliyi bildirilmişdir.

Ümumilkdə, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli Soçi Bəyanatı Azərbaycanın maraqlarına cavab verir.

Fatimə Talıbzadə. YAP üzvü