İki uşaq atası dəm qazından boğulub öldübackend

Masallı rayonunda 28 yaşlı oğlan dəm qazından zəhərlənib.

“Yeni Gündem”in verdiyi xəbərə görə, hadisə yanvarın 21-i günorta saatlarında rayonun Bədəlan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Fuad Bağışov yuyunmaq üçün yaşadığı evin həyətindəki hamam otağına gedib və yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

F.Bağışovun meyiti avtomatik su qızıdırıcısının yerləşdiyi soyunub-geyinmə otağından tapılıb. Onun iki övladı olub.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.