Almaniyada Şimal dənizi açıqlarında iki yük gəmisinin toqquşması nəticəsində gəmilərdən birinin batdığı və çox sayda insanın itkin düşdüyü öyrənilib.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, hadisə içərisində 22 nəfərin olduğu Baham adaları bayraqlı “Polesie” və Britaniya bayraqlı “Verity” adlı iki yük gəmisi Heliqoland adasının yaxınlığında baş verib.
Bölgəyə xilasetmə qrupları göndərilərkən, gəmilərdən birinin batdığı bildirilib.
Bir nəfərin sudan xilas edildiyi, çoxlu sayda insanın itkin düşdüyü bildirilir. Verity gəmisinin Bremendən İngiltərənin İmmingham şəhərinə, Polesie gəmisinin isə Hamburqdan İspaniyanın La Koruna şəhərinə getdiyi öyrənilib.
Axtarış-xilasetmə işləri çox sayda gəmi, polis qayıqları, təyyarə və bir helikopterlə davam edir.
Mənbə: hurriyyət.tr
Aynur Camal