“İlahiyyat” jurnalı çap olunubbackend

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalının növbəti – VI buraxılışı işıq üzü görüb.

“Yeni Gündəm” xəbər verir ki, on üç rubrikadan ibarət olan buraxılışda öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer alıb.

Jurnalın budəfəki sayı “Rəsmi guşə” rubrikası ilə başlayır. Rubrikada “Ramazan Bayramı münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbriki” və “Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib” başlıqlı yazılar yer alıb.

“Dəyərlərimiz” rubrikasında Aİİ rektoru Aqil Şirinovun “Heydər Əliyev və dəyərlərimiz”, Milli Məclisin deputatı Ceyhun Məmmədovun “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu” və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun “Müştərək şüur – ortaq dəyər” sərlövhəli məqalələri dərc edilib.

“İslam əxlaqı” rubrikasında “İslam dinində insanın Allah qarşısında vəzifələri və məsuliyyəti” adlı məqalə dərc olunub.

“Xurafat və mövhumatsevərlik haqqında”, “Din və ekologiya”, “Dini plüralizmin əsasları”, “Mürciənin təşəkkül dövrü və inkişafı” və “Qiyamət Günü haqqında” başlıqlı məqalələr jurnalın “Cəmiyyət və din” rubrikasında yer alıb.

“İngilis dili dərslərində tələbələrin davranış pozuntuları”; “Uşaqları düzgün tərbiyə etmənin yolları (1-3 yaş qrupu)” sərlövhəli məqalələr “Tədris” rubrikasında dərc edilib.

“Şuşa – düyünlənmiş yumruğumuzdur”; “Milli-mənəvi sərvətimizsən, Şuşam” mövzularında yazılar “Vətənpərvərlik” rubrikasında yerləşdirilib.

“Araşdırma” rubrikasında “Yaşadığımız həqiqətlər doğrudurmu?! (Platonun mağara istiarəsi – ideyalar aləmi)”, “Quranda və Platonda təsvir edilən itmiş şəhər – Atlantida”, “Psixoanaliz nəzəriyyəsinin tarixi arxa planı: Ziqmund Freyd nümunəsində”, “Əs-sirə” əsərində Həzrət Osman ilə əlaqəli hissənin dəyərləndirilməsi” başlıqlı məqalələr verilib.

“Baxış bucağı” rubrikasında “Dövlətçilik şüuru” başlıqlı məqalə yer alıb.

“İslamda Qurban ibadəti”; “İslamda qəbir ziyarəti”; “Quran Quranı tərif edir”, “Kərbəla”, “Deizm, ateizm və yeni kəlam elmi” sərlövhəli yazılar “İslam tarixi” rubrikasında dərc olunub.

“Abidələrimiz” rubrikasında “Qarabağ türbələri” başlıqlı yazı dərc olunub.

Aİİ tələbə və məzunlarının “Ailədə dini təlim-tərbiyə” və “Azərbaycan İlahiyyat İnstitutu haqqında təəssüratlarım” başlıqlı məqalələri “Mənəviyyat” və “Məzun sözü” rubrikalarında dərc olunub.

Aİİ tələbələrinin “Sərin bir yaz axşamı”, “Allahı tanı”, “Mən Şəhid anasıyam” və “Xalqıma” adlı şeirləri isə  “Ədəbiyyat” rubrikasında yer alıb.