İlham Əliyev Ağdama səfər edibbackend

Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.

***

Prezident Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib.

***

Dövlət başçısı Ağdam Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib.

***

Prezident İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.