İlham Əliyev Astanada imzalanmış Protokulu təsdiq etdibackend

Prezident İlham Əliyev “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Sənəddə deyilir ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol” Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.