İlham Əliyev daha bir qanunu imzaladıbackend

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” 2022-ci il aprelin 7-də Bakı və Belqrad şəhərlərində imzalanmış Saziş təsdiq edilib.

“Yeni Gundem” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qanunda bu sazişin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçiləri və onların ailə üzvlərinə, həmçinin pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi hallarına şamil olunmadığı əksini tapıb.

Saziş qeyri-müəyyən müddətə bağlanıb.