İlham Əliyev Əli Əhmədova yeni vəzifə verdi (SƏRƏNCAM)backend
Prezident İlham Əliyev “Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibi aşağıdakı kimi olub:
Komissiyanın sədri
Əli Əhmədov ̶  Azərbaycan Respublikası Baş Nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti.