İlham Əliyev Əziz Sancarı qəbul etdi – Fotobackend

Prezident İlham Əliyev bu gün ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Sancarı qəbul edib.

“Yeni Gündəm” xəbər verir ki, Əziz Sancar Vətən müharibəsində Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və bu Qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini deyib.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.