İlham Əliyev Latviya dövlət başçısını təbrik etdibackend

Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsə məktub göndərib.

“Yeni Gündəm”-in xəbərinə görə, məktubda deyilir:

“Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Azərbaycan-Latviya dostluğu və əməkdaşlığı xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.