İlham Əliyev sazişi təsdiqlədibackend

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərmanı imzalayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, Fərmana əsasən, 2021-ci il sentyabrın 22-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu Fərmanın göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan tərəfinə bildiriş göndərməlidir.