İlham Əliyev Səudiyyə Ərəbistanının Baş prokurorunu qəbul etdibackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.