İlham Əliyev Sumqayıtda “CinemaPlus” kinoteatrının açılışındabackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib.

“Yeni Gundem”  xəbər verir ki,“Nizami” kinoteatrı “CinemaPlus” kinoteatrlar şəbəkəsinə məxsusdur və dünya standartlarına cavab verən 3D texnologiyası ilə təchiz olunmuş 3 zaldan ibarətdir. Ünvan: Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsi.
Artıq CinemaPlus saytında və mobil əlavəsində Sumqayıt sakinləri filmlərin cədvəli ilə tanış ola bilərlər.
Bu gündən etibarən Sumqayıt şəhərində yerləşən “CinemaPlus” kinoteatrı sakinlərinin xidmətindədir.
Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəhbərliyin üzvü Zaur Darabzadə iştirak edib.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.