İlham Əliyev: Tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edildibackend

2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. Keçən ilin əvvəlində də mən Azərbaycan media nümayəndələri ilə görüş zamanı fikir bildirmişdim ki, ümid edirəm ki, 2022-ci ildə qarşıda duran vəzifələr yerinə yetiriləcək. Və bütövlükdə buna biz nail olduq.

“Yeni Gundem” xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün 2023-cü ilin əvvəlində görüş zamanı da bu məsələlər haqqında danışacağıq: “Yenə də ümidliyəm və ümidimin səbəbləri var. Çünki Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlar bunu deməyə əsas verir. İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz bizim şanlı hərbi qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu qələbəni təsdiqləməsək, bu qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək müəyyən problemlərlə üzləşə bilərik. Və dərhal fəal işə başladıq. Hesab edirəm ki, bu gün artıq müharibədən 2 il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib”.