İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edirbackend

Azərbaycan-Özbəkistan əlaqələri daha yüksək səviyyəyə qalxıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Azərbaycan dövlət başçısı TDT-nin Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Özbəkistan Prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Türkiyəyə təşkilata uğurlu sədrliyinə görə təşəkkür edib, Özbəkistana isə sədrlik dönəmində uğurlar arzulayıb.