İlham Əliyev Türkiyəyə səfər edəcəkbackend

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə yeni inşa edilən Rize-Artvin hava limanının açılış mərasiminə qatılacaq.

Hava limanına ilk enişi Türkiyə və Azərbaycan prezidentlərinin təyyarələri edəcək.

Açılış mərasimindən sonra Türkiyə Prezidenti, Azərbaycan Prezidenti və digər qonaqların şərəfinə ziyafət veriləcək.

Qeyd edək ki, Rize-Artvin hava limanının ildə təxminən 3 milyon sərnişinə xidmət etməsi planlaşdırılır.