İlham Əliyev Valeh Ələsgərovla bağlı SƏRƏNCAMbackend

Prezident İlham Əliyev Valeh Ələsgərov haqqında sərəncam imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun bu gün 75 yaşı tamam olur.