İlham Əliyev və Mehriban Əliyeva media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verdibackend

İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iyunun 4-də saat 11 radələrində işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə və yaxınlarına başsağlığı verib.

“Yeni Gündəm” xəbər verir ki, başsağlığını şəhid media işçilərinin yaxınlarına Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çatdırıb.