İlham Əliyevdən Naxçıvanla bağlı TƏYİNATbackend

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin edilib.

“Yeni Gundem” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin olunub.

O, 2023-cü il yanvarın 2-dən fəaliyyətə başlayacaq.