İlham Əliyevin Davos forumu çərçivəsində keçirdiyi müxtəlif görüşlər qeyd etdiklərimə bir daha sübutdur – Məlahət İbrahimqızıbackend

Bildiyimiz ki, artıq uzun illərdir ki, hər il İsveçrənin Davos şəhərində keçirilən Davos İqdisadi Forumu bir ənənə halını almışdır. Bu il də əvvəlki illər kimi bu forumda dünyanın əksər ölkələrindən dövlət və hökumət başçılarının, eləcə də dünyanın ən güclü transmilli şirkətlərin iştirak edirdi. Ötən illərdən bugünədək keçirilən bu forum dünyada keçirilən ən çox maraq və diqqətçəkici bir dialoq platforma olduğunu sübut etdi.

Bunu “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Bugün dünyada baş vetən qloballaşma prosesləri fonunda Davos İqdisadi Forumunun əhəmiyyəti ildən ilə artdığının şahidi oluruq. Son illərdə isə bu foruma qatılan transmilli şirkətlərin sayı ildən-ilə daha da artır:
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Davos forumu çərçivəsində keçirdiyi müxtəlif görüşlər qeyd etdiklərimə bir daha sübutdur. Davos Forumu dünya ölkələrinin beynəlxalq iqdisadi sistemə inteqrasiya proseslərində yeni və çox istiqamətli qarşılıqlı əməkdaşlığı stimullaşdırır. Bu forum qitələrarası, eləcə də dünya miqyaslı qarşılıqlı iqdisadi əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir. Lakin forumun əhəmiyyəti bununla məhdudlaşmır. Dünyada gedən həm də çox sürətli geosiyasi proseslər və mövcud reallıqlar da onu göstərir ki, ölkələrin iqdisadiyyatının qapalı şəraitdə inkişaf etməsini zəruri edir.

Yaşadığımız çağdaş dövrdə hər bir ölkənin iqdisadiyyatının ancaq digər ölkələrin iqdisadiyyatları ilə qarşılıqlı əlaqələr, eləcə də beynəlxalq iqdisadi qurumlarla qarşılıqlı əməkdaşlıq sayəsində inkişaf edə bilməsini mümkün edir. Sözsüz ki, bunlar öz növbəsində beynəlxalq səviyyədə qarşılıqlı əməkdaşlığı, o cümlədən siyasi əməkdaşlığı stimullaşdırır. Yəni bu proseslərdə siyasətsiz iqdisadiyyat mövcud deyil. Bu mənada Davos forumunun iqdisadi forum adı altında keçirilsə də bu platformada çərçivəsində həm də çox ciddi siyasi məsələlər də müzakirə edilir.

Bildiyimiz kimi dünya, eləcə də ölkə mətbuatında Davos Forumunun işi çox ətraflı verilirdi. Hər il bu forumda iştirak edən möhtərəm Prezidentimiz bir sıra çox ciddi görüşlər keçirirdi. Əslində möhtərəm cənab İlham Əliyevin keçirdiyi görüşlərin mövzusu iqdisadi layihələrə və təşəbbüslərə bağlı olsa da ölkəmiz üçün çox önəmli siyasi məsələlər də müzakirə edilirdi. Sözsüz ki, bu layihələrin həyata keçirilməsində ölkəmizdə və eləcə də cənubi Qafqaz bölgəsində siyasi vəziyyətin təhrik olunması da zəruridir. Elə buna görə də Davosda keçirilən iqdisadi forumu bütün iştirakçılar üçün, eyni zamanda, Azərbaycan üçün, bölgəmizdə və ölkəmizdə baş verən proseslərin əsil mahiyyətinin doğru düzgün şərh olunması və beynəlxalq iqdisadi əlaqələrin iştirakçılarına çatdırılması nöqteyi nəzərdən çox böyük siyasi əhəmiyyət daşıyır.

Möhtərəm Prezidentimizin keçirdiyi bu önəmli görüşlərin nəticəsidir ki, son 1 ayda Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi dinc etiraz aksiyası ilə bağlı işğalçı Ermənistanın bütün beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı yalan və böhtan kampaniyasını ifşa edirdi. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin Davosdakı çıxışlarını fəxrlə izləyən Azərbaycan ictimaiyyəti bu çıxışların əhəmiyyətini mətbuatda və sosial şəbəkələrdə olduqca yüksək dəyərləndirirlər.