İlham Əliyevin Türkiyəyə səfəri başladı – CANLI YAYIMbackend

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb.

Yeni Gündəm” xəbər verir ki, dövlət başçısının təyyarəsi Rize şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanına eniş edib.

Azərbaycan lideri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.