İlker Ayrık Bakıya gəlirbackend

Türkiyə kinosunun ulduzu İlker Ayrık Azərbaycana gələcək.

“Yeni Gundem” xəbər verir ki, 7 dekabr saat 19:00-da “Park Cinema Flame Towers”də İlkerin iştirakı iləÇakallarla Dans 6filminin qala gecəsi keçiriləcək.

Gecədə İlkər Ayrık ilə yanaşı, “Diriliş: Ertuğrul” və “Kuruluş: Osman” seriallarının ulduzu, Didem Balçın da iştirak edəcək. Həmçinin “Bana sevmeyi anlat” serialının aktrisası Mine Kılıç da Bakıya filmin qalası üçün gələcək.

Qeyd edək ki, bu filmdə Şevket Çoruh, Timur Açarvə digər aktyorlar da çəkilib. İlker Ayrık aktyorluq fəaliyyəti ilə yanaşı televiziyada aparıcılığı iləməşhurdur. Belə ki, “Ben bilmem eşim bilir” verilişi vasitəsilə o, Türkiyə və Azərbaycanda izləyicilərin sevgisini qazanıb.

Çakallarla Dans 6” filminin kollektivi təqdimat günüdekabrın 7-də Azərbaycana gələcək. Qonaqlar, həmçinin ertəsi gün Bakıda qalmağı, daha sonraTürkiyəyə qayıtmağı planlaşdırırlar.

Filmi yaradıcıları ilə birlikdə izləmək istəyənlər qalagecəsi üçün biletləri Park Cinema kassalarından ya parkcinema.az internet saytından əldə edəbilərlər.