“Illərlə görmədiyim kəndimə gedəcəm…” – Xoşqədəm Hidayətqızıbackend

Müğənni Doğuşun həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının açıqlaması Türkiyə mətbuatına çıxıb.

“Yeni Gündəm” xəbər verir ki, Xoşqədəm Hidayətqızının qələbə sevinci qardaş ölkənin nüfuzlu media orqanlarında işıqlandırılıb:

“Zəfər günümüzü qeyd edirik. İllər öncə düşmən torpaqlarımızı işğal etdi. Bunun uğrunda çox şəhid verdik. Bu torpaqlar uğurunda nələrimizi itirdik. Pis günlər artıq geridə qaldı. Azərbaycanın qələbəsini qeyd edirik. Mən artıq şəhərimə, kəndimə gedəcəm. İllərlə görmədiyim kəndimə…”

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Ağdərə rayonun Narışlar kəndində anadan olub.