İlqar Məmmədov koronavirusa yoluxdubackend

REAL Partiyasının sədri İlqar Məmmədov koronavirusa yoluxub.

“Yeni Gündəm” xəbər verir ki, o, bu barədə İ. Məmmədov özü məlumat yayıb.

O bildirib ki, yanvarın 20-də müsahibə verib: “İki gün sonra jurnalist zəng etdi ki, xəstəxanaya gedir, kovid tutub, məni də yoluxdurmuş ola bilər. Evdə oturub gözləmək qərarı verdim, düz də elədim – dünən 38.9 dərəcə qızdırmam oldu. Bunlar hamısı olan şeydir. Başa düşülməyən başqa məsələ var. Biz indi bütün ailə bir həftə mənzildə oturmalıyıqsa, bizə qidanı, dərmanı kim alacaq, zibili kim atacaq? Düzdür, bu şəxsən bizə aid sual deyil, çünki kömək edəcək yaxınlarımız var. Kiminsə xahiş edəcəyi yaxını yoxdursa, nə etsin?”