“İlyas” “O səs”də Azərbaycan mahnısı oxudu – VİDEObackend

Türkiyənin reytinqli “Eşkiya dünyaya hükümdar olmaz” serialında İlyas obrazı ilə məşhurlaşan aktyor Ozan Akbaba”O Səs Türkiyə”nin Yeni il buraxılışının qonağı olub.

“Yeni Gündəm” xəbər verir ki, Akbaba səhnəyə çıxaraq Azərbaycan mahnısı ifa edib. Aktyoun ifasında “Sənə də qalmaz” mahnısı maraqla qarşılanıb.

Qeyd edək ki, mahnının sözləri Rəsul Rzaya, musiqisi Tofiq Quliyevə məxsusdur.