İmişli sakinləri NƏDƏN NARAZIDIR? – VİDEObackend

Suvarılan əkinçilik rayonlarında irriqasiya şəbəkələrinin yerləşdirilməsi, mövcudların rekonstruksiyası və yenilərinin yaradılması ilə əlaqədar məsələlər həll olunur və bu zaman torpaq sahələri fondunun landşaftlarının geomorfoloji, hidroloji və torpaq şəraitinin tədqiqi materiallarına əsaslanırlar. Bu materialların analizi imkan verir ki, suvarma mənbələrinin yeri düzgün təyin edilsin, kanallar planlaşdırılsın, su götürmə nöqtələri və suyun miqdarı təyin olunsun, yəni növbəli əkinlərin ərazisinin qurulmasını suvarma şəbəkəsinin rasional yerləşməsi ilə əlaqələndirmə yerinə yetirilsin.

Qeyd edək ki, suvarma sistemləri, hidrotexniki qurğuların üstündə tikililərə qətiyyən icazə verilmir. Bu baradə qadağalar qanunda əksini tapıb.

İmişlidə isə bu qadağalara fikir verən yoxdur. Bu səbəbdən rayonda kütləvi narazılıq olub.

Konkret olaraq rayonun Cəfərli kəndində kənd təsərrüfstı bitkilərinin suvarılması ilə bağlı problem yaşanır.

Suvarma sistemlərinin üzərində tikilmiş obyektlər kimindir? Bu suala nə kənd icra nümayəndəsi, nə bələdiyyə, nə yerli Suvarma Sistemləri İdarəsi cavab verə bilmir.

Axı qanunla bu hüquqi məsuliyyət yaradır. Bu obyektlərdən rayon rəhbərliyinin xəbəri olmaya bilməz. İndiki həssas halda İmişlidə kəndli üsyanı iqtidara lazımdırmi?

Vilyam Hacyevin həbsindən sonra da narazılıq bitmirsə kim buna məsuliyyət daşıyacaq.

Mövzuya qayıdacağıq. //mozalan.az//