backend

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonunun Qaravəlili kəndində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. 

“Yeni Gundem” xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.