İmişlidə Anım Günü dava düşdü– Razi Nurullayev icra başçısını danladı: İcra Başçısının müavini yıxılaraq qolunu sındırdıbackend

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının sədri Taleh Tapdıqov isə…

Ötən gün İmişli rayonunda 27 Sentyabr Anım Günü münasibəti  ilə keçirilən tədbirdə insident yaşanıb. Rayon sakinlərindən bakuform.az-a verdiyi məlumata görə, tədbirdə çıxış edən rayonun deputatı Razi Nurullayev rayon rəhbərliyinin yarıtmaz fəaliyyətindən gileylənib.

Nurullayev açıq şəkildə bildirib ki,  Elçin Rzayevin rayona icra başçısı təyin olunmasında onun böyük rolu olub: “Elçin Rzayevin fəaliyyəti qane etmir, rayonun sosial problemlərinin həllinə çalışmır. Şəxsən mən bu Anım tədbirinə dəvət olunmamışam, özüm gəlmişəm. Bu rayonun problemləri günü-gündən böyüyür”.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının sədri Taleh Tapdıqov deputatın sözünü kəsərək onu yalan danışmaqda günahlandırıb. Deputata “sən təyin olunmusan, seçilməmisən, şəxsən mən səni deputat hesab etmirəm” deyən sədr R.Nurullayevi təhqir edib. Bu səbəbdən də tədbir vaxtından əvvəl yekunlaşıb.

Həmçinin qeyd edək ki, 27 Sentyabr Anım Günü tədbirində İmişli rayon icra başçısının birinci müavini Səfa Agayev yıxılaraq qolunu qırıb.