İmişlidə uşaq dünyaya gətirən 11 yaşlı qızın özü və körpəsinin durumu ilə bağlı açıqlamabackend

Uşaq dünyaya gətirən 11 yaşlı İmişli rayon sakini olan qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsindən bildirilib.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.