İmişlidə Vətən müharibəsi şəhidinin xatirəsi anılıbbackend

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Abas Şahbazovun il mərasimi keçirilib.

“Yeni Gündəm”-in bölgə müxbiri xəbər verir ki, mərasimdə Daxili İşlər Nazirliyinin, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, rayon ictimaiyyəti və şəhidin ailə üzvləri iştirak ediblər. Rayonun Qulubəyli kəndində keçirilən anım mərasimində şəhidimizin məzarı ziyarət olunub, üzərinə çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər Vətən uğrunda şəhid olan igid oğullarımızın şanlı döyüş yollarından, şücaətlərindən və tarixi Qələbəmizdən qürurla danışıblar.
Qeyd edək ki, çavuş Abas Şahbazov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.