İmişlidə vurulan piyada qəzada öldübackend

İmişli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Yeni Gundem” xəbər verir ki, qəza dekabrın 10-da saat 21 radələrində qeydə alınıb.

Əliqulular kənd sakini V.Cəfərov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən şəhər sakini Yasin Xammədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 11-də orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.