İndi hara baxsaq onun xatirəsi var, çünki daşı daş üstünə qoyan İlqar idi – FOTOLARbackend

“Gündəm Media Group”un “Şəhidlərimizi tanıyaq və tanıdaq” layihəsi uğurla davam edir.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi tarixi qələbəsində şəhidlərimizin, qazilərimizin və müharibə veteranlarının xidmətləri danılmazdır. Belə qəhrəman oğullarımızdan biri də İkinci Qarabağ müharibəsi iştirakçısı, İlqar Baxışovdur.

“Yeni Gündəm” bildirir ki, layihənin reallşdırılmasında məqsədimiz Vətən torpağı uğrunda canını fəda etmiş şəhidləri daha geniş auditoriyaya tanıtdırmaqdan ibarətdir.

Qarabağımıza ikinci dəfə həyat vermək üçün öz həyatlarından keçən şəhidlərimizi tanımaq bizim borcumuzdur.

Bu dəfəki qəhrəmanımız İlqar Baxışov oldu.
Ailənin acısı təzə olduğu üçün müsahibimiz şəhidimizin əmisi qızı–Aygül Baxışova oldu.

Aygül xanım “Yeni Gündəm”-ə İlqarın həyatı haqqında ətraflı məlumat verdi :
” Baxışov İlqar Adışirin oğlu 21 noyabr 2000-ci ildə Füzuli rayonunun Horadiz şəhərində anadan olmuşdur. 2007-ci ildə Horadiz şəhər Firuddin Mehdiyev adına 2 saylı tam orta məktəbində 1-ci sinfə getmiş və 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
Horadiz şəhər Uşaq Musiqi Məktəbində nağara üzrə təhsil alıb.

Müəllim və yoldaşlarının sevimlisi idi..
Daha sonra şadlıq sarayında həm ofisant, həm də nağara ifaçısı kimi işləyib. Hər bir işə əl atırdı.
Hər kəsin yanında hömət qazanmışdı.
Çox zəhmətkeş, çalışqan və mehriban biri idi. Qazandığı pulu yığıb evlərini təmir etdirmişdi. İndi hara baxsaq onun xatirəsi var, çünki daşı daş üstünə qoyan İlqar idi..
Hər zaman deyib-gülərdi.. Mənim üçün əmi oğlu yox, qardaş olub.
2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırıldı.
Tərtər rayonunda Suqovuşan kəndinin işğaldan azad olunması zamanı 15.10.2020-ci il tarixində şəhidlik zirvəsinə yüksəlib.
İstifadəsi qadağan olunmuş roket atəşi nəticəsində yanaraq can verib. Nəşi DNT analizindən sonra ailəsinə verildi.
Horadiz şəhər qəbiristanlığında dəfn olunub.
Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunub.
Onunla hamımız qürur duyuruq ! ”

Biz də öz növbəmizdə şəhidimizin ailəsi və yaxınlarına başsağlığı verir və Allahdan səbr diləyirik.

Hazırladı:Aynur Abdullayeva

Yenigundem.az