“İndi sevişmək də qadağandır”backend
“Azərbaycanda virus epidemiyası mümkün olan bütün sərhədləri aşdı. Sosial məsafə çöldən evinizə qədər girdi. Evdən gündə bircə dəfə də olsa, çölə çıxan biri varsa, risk yenə də yuxarıdır”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl sosial şəbəkə hesabında yazıb.
“Sevişmək qadağandır.
Azərbaycanda virus epidemiyası mümkün olan bütün sərhədləri aşdı. Sosial məsafə çöldən evinizə qədər girdi. Evdən gündə bircə dəfə də olsa çölə çıxan biri varsa, risk yenə də yuxarıdır. Artıq sadəcə çöldəkilərlə deyil, eyni zamanda ev əhalisi ilə də sosial məsafə saxlayacaqsınız.
Uşaqları öpərək qarşılamağa bir müddət (ən az 2 ay) ara verəcəksiniz.
Yaşlılarla öpüşərək görüşməyə bir müddət (ən az 2 ay) ara verəcəksiniz.
Sevişmək qadağandır”.