İndoneziyada güclü zəlzələ baş verib, dağıntı və tələfat varbackend

Bakı. 16 dekabr. YENIGUNDEM.AZ/ İndoneziyada 6,5 maqnituda gücündə zəlzələ baş verib.

“Yenigundem” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanlar Yava adasının qərb sahilində qeydə alınıb. Onun ocağı yerin 92 km dərinliyində olub.

Yerli hökumət zəlzələ nəticəsində Yava sahillərində dağıntı və tələfatın olduğu bildirib.

REPORT.AZ