İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini artırıbbackend
İngiltərə Mərkəzi Bankının verdiyi açıqlamada siyasət faizinin 2,25%-dən 3%-ə qaldırıldığı bildirilib.
“Yeni Gundem” xəbər verir ki, İngiltərə Mərkəzi Bankı siyasət faizini 75 baza bəndi artıraraq 2,25%-dən 3%-ə qaldırıb. Beləliklə, Bank 1989-cu ildən bəri ən kəskin faiz artımını həyata keçirərkən, siyasət dərəcəsi 2008-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatmışdır.
Qərarın mətnində İngiltərə iqtisadiyyatını iki çətin ilin gözlədiyi və növbəti dövrdə işsizliyin iki dəfə artaraq 6,5 faizə çata biləcəyi xəbərdarlığı edilib. Qeyd olunub ki, Böyük Britaniyanın bu ilin üçüncü rübündən etibarən tənəzzülə girdiyi təxmin edilir və qlobal enerji və ərzaq qiymətlərindəki artım və ev təsərrüfatlarının gəlirlərinə təzyiqlər iqtisadiyyatın tənəzzülündə rol oynayıb.