İnsanlar hansı yaşda daha az stress keçirir? – Araşdırmabackend

Pensilvaniya Universitetinin psixoloqları “Developmental Psychology” jurnalındakı məqalədə qeyd ediblər ki, insanlar yaşlandıqca daha az stress keçirirlər.

“Yeni Gundem”-in verdiyi xəbərə görə, tədqiqatçılar bu mövzu üzərində 20 il ərzində araşdırma aparıblar. Milli Gündəlik Yaşayış Tədqiqatında (NSDE) toplanan 25-70 yaş arası üç minə yaxın yetkin insanlar üzərində sorğu keçirib və təhlil ediblər. Araşdırma zamanı alimlər stressin səviyyəsində və iştirakçıların yaşlarında ortaya çıxan fərqi qeydə alıblar. Belə ki, 25 yaşlı gənclər gün ərzində 50% 60-70 yaş qrubunda olanlar isə yalnız 30% stress keçirdiklərini bildiriblər.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, insanlar yaşlandıqca stresə səbəb ola biləcək hadisələrə daha az emosional reaksiya verirlər. Bu, sosial rolların dəyişməsi ilə əlaqədar ola bilər. Həmçinin, yaşlandıqca insanlar vaxtlarını daha çox dəyərləndirməyə başladıqlarını və təcrübələrə enerji sərf etmədiklərini qeyd edirlər.

Ayşən

Yenigundem.az