“İnterpol” tərəfindən axtarışa verilən azərbaycanlı Norveçdə saxlanılıbbackend

“İnterpol” tərəfindən axtarışa verilən azərbaycanlı Norveçin paytaxtı Osloda saxlanılıb.

“Yeni Gundem” xəbər verir ki, “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, Norveç polisi sərhəddə Azər Kazım adlı azərbaycanlının sənədlərinə baxış keçirib.

 

O, İsveçdən Norveçə gəlirmiş.

Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında “İnterpol”da axtarılanlar siyahısındadır.

Oslo polisinə təhvil verilən azərbaycanlının məhkəməyə çıxarılacağı gözlənilir.