İntihar edən 27 yaşlı müəllimin YENİ FOTOLARIbackend

Ötən gün intihar edən 27 yaşlı ibtidai sinif müəllimi Naida İsayevanın fotoları yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, rəfiqəsinə “Arxamca heç kim pis heç nə deməsin, çünki layiq deyiləm” deyib, özünü 16-cı mərtəbədən atan müəllimin yeni fotoları sosial şəbəkədə yayılıb.

Baş verən hadisə və fotolar ictimaiyyət tərəfindən böyük təəssüf hissi ilə qarşılanıb.

Qeyd edək ki, 27 yaşlı İsayeva Naida Namiq qızı Hövsan qəsəbəsində ailəsi ilə yaşayırmış. Amma o, intiharı metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı Aşıq Molla Cümə küçəsi 19B ünvanında edib. Dünən həmin əraziyə gələn N. İsayeva binanın sonuncu – 16-cı mərtəbəsinə qalxıb və özünü oradan atıb. Ali savadlı qız subay olub, rəfiqələrinin dediyinə görə, çox pozitiv biri olub. //Baku.ws