“İnvest-AZ İnvestisiya Şirkəti” QSC haqqında məhkəmədə iddia qaldırılıb.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, QSC-ni məhkəməyə vətəndaş Faiq Bayramov verib. Şikayətçi F. Bayramov “İnvets-AZ İnvestisiya Şirkəti” ilə bağlanmış müqavilələrin ləğv edilməsini tələb edir.
20 sentyabr tarixində Sabunçu Rayon Məhkəməsində tərəflər arasında növbəti proses baş tutacaq.
İşə hakim Tahirə Əsədovanın sədrliyi ilə baxılacaq.