İqbal Məmmədova məxsus olduğu bildirilən şirkətə inzibati protokol yazıldıbackend

Deputat İqbal Məmmədova məxsus olduğu bildirilən “Kaspi-Yıldız” MMC-yə inzibati protokol yazılıb.

“Yeni Gundem”-in xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.