İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildibackend

Prezident İlham Əliyev “2011-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiq edilməsi barədə” 24 noyabr 2010-cu il tarixli fərmanında dəyişiklik edib.

“Yeni Gündəm” xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi hər rüb başa çatdıqdan sonra səhmlərinin (paylarının) 50%-dən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin vergi hesablamalarını və ödəmələrini aidiyyəti qurumlarla birlikdə təhlil etməli, vergilərin dövlət büdcəsinə ödənilməsini təmin edən tədbirlər görməli və görülmüş işlər barədə ildə bir dəfə ölkə prezidentinə məlumat verməlidir.