İqtisadiyyat Nazirliyinin yeni 195-1 Çağrı Mərkəzi yaradılıbbackend

“195-1” Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün nələri bilməlisiniz.

Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Nazirlik üzrə vahid platforma – 195-1 Çağrı Mərkəzi yaradılıb. 

Respublikanın istənilən regionundan stasionar (kənd, şəhər) nömrələrdən birbaşa “195-1” nömrəsinə edilən zəng və danışıq, habelə bu zaman Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir. Hazırda “195-1” Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün nömrələrdən, heç bir koddan istifadə etməyərək birbaşa “195-1” nömrəsinə zəng edilə bilər. Daha sonra səsli menyunun köməkliyi ilə və ya birbaşa müvafiq düymələrdən birini seçərək aşağıdakı dövlət orqanlarına müraciət edilə bilər.

Çağrı Mərkəzinin xidmətlərindən stasionar (şəhər, kənd) telefonlardan, habelə “Azercell”, “Bakcell” və “Nar” nömrələrindən birbaşa “195” nömrəsini yığaraq istifadə edə bilərsiniz. “195” nömrəsi yığıldıqdan sonra “1” düyməsini seçməklə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə müraciət edə bilərsiniz. “195” nömrəsinə zəng edərkən telefon ton rejimində işləməlidir. Əgər “195”ə zəng edib “1” düyməsini seçdikdən sonra əlaqə kəsilirsə bu sizin telofonunuzun ton rejimində işləməməsi ilə əlaqəlidir. Bu zaman “195”ə zəng etdikdən sonra “1” düyməsi seçilməzdən öncə “*” (ulduz) düyməsini sıxmaqla telefonu ton rejiminə keçirmək olar. 4 may 2022-ci il tarixindən etibarən 195-1 Çağrı Mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir.

Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Aktiv Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.