İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddurbackend

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır;

Bolqarıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulduğu 30 il ərzində hər iki dövlətin əməkdaşlığı dinamik inkişaf edib. Bir çox istiqamətlərdə, xüsusilə neft-qaz sahəsində həyata keçirilən səmərəli dialoq uğurlu nəticələrlə yekunlaşıb.

Bolqarıstan Azərbaycanla birlikdə 1998-ci ildən Avrasiya nəqliyyat dəhlizi layihəsində də iştirak edir. İki dövlət arasında həmçinin, regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx münasibətlər mövcuddur. Bütün bunlarla bərabər, Azərbaycanla Bolqarıstan arasında indiyədək iqtisadi sahələri əhatə edən bir sıra önəmli sənədlər imzalanıb.

Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə bu ölkə ilə siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurlu inkişafından danışarkən, bu gün iki dövlət arasında fəal əməkdaşlığın mövcudluğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulayıb. Əlbəttə ki, bu uğurlar gələcək planlar üçün də gözəl zəmindir.

Ölkə rəhbəri, həmçinin Bolqarıstan və Azərbaycanın iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəyinə əminliyini bildirib. Azərbaycanla Bolqarıstan arasında münasibətlərin genişləndirilməsi ilə bağlı o da qeyd edilməlidir ki, hər iki ölkə hazırda bir sıra innovativ sahələrdə də əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bununla biz xalqlar arasında təmasları, mübadiləni gücləndirə, iqtisadiyyat, sərmayə sahələrində əməkdaşlığımıza yeni perspektivlər əlavə edə bilərik.

Elmira Babayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti