İradə Axundovaya vəzifə verildibackend

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi İradə Axundovaya həvalə olunub.

Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.

O, mövcud neqativ halların qısa zamanda aradan qaldırılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

İ. Axundova təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Elmi katibi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, buna qədər həmin vəzifədə Həqiqət Qədirova çalışırdı. O, ötən gün TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə işdən azad edilib.