İradə İbrahimova: “Bəlkə bir müddət həyatının daha az mərkəzində olacağam, amma…” Fotolarbackend

Müğənni İradə İbrahimova qızı İpəyin ad günü ilə bağlı paylaşım edib.

“Yeni Gundem” xəbər verir ki, ifaçı ailəsinin fotolarını sosial media hesabında paylaşaraq qızına arzularını yazıb:

“Mən artıq ağlı başında, çalışqan, nə istədiyini bilən,uğuruyla gələcəyinə sərmaye toplayan, uğurlarına şahidlik edən, etdirən, öz hekayəsini yazmağa başlayan, oturması-qalxmasından söz etdirən 12 yaşlı bir qızın anasıyam. Mən eyni zamanda yeniyetməlik çağına girməyə hazırlaşan, yaşıtlarına daha çox yaxınlaşan, sirləri olan, ətrafına divar hörməyə, kimliyini, inamını, dəyərlərini, istəklərini, arzularını, öz dünyasını kəşf etməyə başlayan, çağın verdiyi sancıların ağrısına, çətinliklərinə, gözəlliklərinə öyrəşməyə, nə olursa-olsun onu cəmiyyətdəki neqativlikdən qorumağa çalışan qızına rahatlığı, yeri gəldiyində azadlığı əsirgəyən ,bir tərəfim böyüməyini istəyərkən,diger tərəfim böyüməsin, nəzarətimdə qalsın deyən ruh xəstəsi bir anayam. Analığın iki zidd tərəfi var. Övladlarımızla öncə bir bütün oluruq, sonra tək-tək bu bütünlüyü əridirik. Heç bir ana övladıyla arasındakı bağın qopmağını istəmir, çünki analar uşaqlarına yaxın olmağa proqramlanıb, amma bu mümkünsüzdür. Analar övladlarını tərbiyə etdiyi kimi övladlar da analarını tərbiyə edərlər.

Bir səfərində heç unutmuram yenə otağına çağırdı və uzun bir söhbətin sonunda ”Anne sana sarıla bilirmiyim?” dedi və yatağına girdi. Tam qapını bağlayacaqdım “Anne kapıyı tam kapatma” dedi. Və hazırda o cümlə mənə rəhbərlik edir. Nə olusa-olsun qapıları hər zaman bir az aralı tutacağam. Bəlkə bir müddət həyatının daha az mərkəzində olacağam, amma səbrlə, sevgiylə onu dəstəkləməkdən, hörməkdə olduğu divarı bir gün yıxacağını gözləməkdən əl çəkməyəcəyəm.

Tək diləyim yaxşı insan olsunlar. Heç kimi incitməsinler,qelb qırmasınlar,mərhəmətli olsunlar. Girdikləri hər yerə yaxşılıq, gözəllik, rahatlıq gətirsinlər. Çünki həyatın təməli bir seçimdən ibarətdir. Yaxşı olmaq! İnşallah bu seçimləri üçün onlara doğru nümunə olarıq. Mənim ağıllı qızım, ağlın başında tacın olsun. Başqa da bir şey istəmirəm”.