İran ABŞ-ı nüvə proqramanı ləngitməkdə günahlandırırbackend

“ABŞ hakimiyyəti İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına dair danışıqlarda qeyri-konstruktiv davranır”

“Yeni Gundem” xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
Onun sözlərinə görə, saziş artıq hazırdır, lakin Vaşinqton bütün prosesi ləngidir.
“Sazişin mətni tərəflər arasında aparılan danışıqlar əsasında bağlanmağa hazırdır, lakin Amerika tərəfinin gecikməsi sazişin bağlanmamasına səbəb olub. ABŞ-ın qeyri-konstruktiv hərəkətləri razılaşmanın ləngiməsinə səbəb olur”, – deyə Kənani bildirib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi, hazırda JCPOA-nı yeniləmək imkanı hələ də var. O, həmçinin vurğulayıb ki, sazişin bərpası ABŞ və Avropadan asılıdır.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirmişdi ki, Pekin JCPOA-nın bərpası üzrə danışıqlar çərçivəsində diplomatik yolun gücləndirilməsini zəruri hesab edir.

Ayşən