İran aviaqəzada ölənlərin cəsədlərini Ukraynaya verməyə hazırdırbackend

İran höküməti Tehranda qəzaya uğramış təyyarədə ölən Ukrayna vətəndaşlarının cəsədlərini Kiyevə verməyə hazırdır.

“Yeni Gündem”in “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ukraynalı həmkarı Vadim Pristayko ilə aralarında baş tutan telefon danışığı zamanı danışıb.

“Zərif bu danışıq əsnasında İranın Ukrayna vətəndaşlarının cəsədlərini ölkələrinə verməyə və bu ölkənin mütəxəssislərinin “qara qutu”ların şifrələrinin oxunmasında iştirak etmələrinə icazə verməyə hazır olduğunu bildirib”, – məlumatda deyilir.

Xatırladaq ki, yanvarın 8-də Tehranda Ukrayna təyyarəsinin qəzaya düşməsi nəticəsində 176 nəfər ölüb. Daha sonra təyyarənin səhvən İran tərəfindən vurulduğu məlum olub.