İran Ermənistana qaz nəqlini artırırbackend

İran Ermənistana qaz nəqlinin artırılması imkanlarını müzakirə edir.

“Yeni Gündəm” xəbər verir ki, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian İrəvanda jurnalistlərə deyib.

İran rəsmisinin sözlərinə görə, tədarük həcminin artmasına heç bir maneə yoxdur.

Nazir bildirib ki, Ermənistanla İran arasında siyasi münasibətlər yüksək səviyyədədir, amma bunu iqtisadi sahədə demək olmaz. Eyni zamanda, iranlı nazir enerji, nəqliyyat dəhlizləri, tranzit marşrutları sahəsində əldə edilmiş razılaşmaları nəzərə alaraq ticarətin əhəmiyyətli dərəcədə artacağını açıqlayıb.

Xatırladaq ki, İran Ermənistanı qazla təmin edir. Ermənistan hər kubmetr qaza görə İrana üç kilovat-saat elektrik enerjisi göndərir, artıq hasilatı isə (1 kilovat-saatdan 1,5 kilovat-saata qədər) özündə saxlayır. Bu saziş çərçivəsində hər il Ermənistana 400 milyon kubmetrə yaxın mavi yanacaq verilir.