İran hökuməti Təbrizdə erməni muzeyi yaradırbackend

İran hökuməti Urmiyanı “kürdləşdirəndən” sonra indi də Təbrizi “erməniləşdirmək” eşqinə düşüb.

Bu gün isə İran hökumətinin rəsmiləri Təbrizdə ermənilərin muzeyinin açılacağını bəyan edib. Bu barədə məlumat yayan Şərqi Azərbaycan vilayətinin Mədəni Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin müdiri Əhməd Həmzəzadə bildirib ki, sözügedən muzeyin açılmasının rəhbərlik etdiyi qurumla ermənilərin Şərqi Azərbaycan vilayətindəki baş yepiskopu ilə birgə planıdır.

Maraqlıdır ki, erməni yepiskop Qriqor Çiftçiyan yuxarıda adı çəkilən İran hökuməti qurumunun “əsas məqsəd”lərindən birinin “ermənilərin abidələrini” qorumaq olduğunu deyib. O, indiyə qədər bu idarə tərəfindən Şərqi Azərbaycanda “çox sayda erməni abidələri”nin təmir edildiyini də əlavə etməyi unutmayıb.

Qeyd etmək lazımdır ki, elə Şərqi Azərbaycan vilayəti və Təbrizdə yerli xalq Güney azərbaycanlıların tarixi abidələri dövlət tərəfindən təmir edilmədiyindən dağılıb, bir çoxu isə dağılmaq üzrədir. Belə olan halda İran rejiminin bir ovuc erməninin orada özlərinə aid olduğunu iddia etdikləri tikililəri təmir etməkdə məqsədi sual doğurur.

Konkret.az