İran məhkəməsi Ukrayna təyyarəsinin vurulması ilə bağlı 10 hərbçini həbs edibbackend

İranın Hərbi Məhkəməsi Ukrayna təyyarəsinin vurulmasında əli olan silahlı qüvvələrin 10 əməkdaşını həbsə məhkum edib.

“Yeni Gundem” Mizan məhkəmə portalına istinadən xəbər verir.

Onların məlumatına görə, komandir əmrə tabe olmamaq və təyyarəni vurduğu üçün ən ağır cəza olan 10 il müddətinə azadlıqdan məhrum edilib.

Mizanın sözlərinə görə, Tor M-1 raket sisteminin komandiri əmrə zidd və icazəsiz sərnişin təyyarəsinə iki raket zərbəsi endirib.

Digər 9 hərbçi isə 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilib.

Tehran məhkumlardan heç birinin adını açıqlamayıb.

Qeyd edək ki, 8 yanvar 2020-ci ildə İran qüvvələri Tehrandan Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəni vurub. Təyyarədə olan 176 nəfərin hamısı həlak olub. Ölənlərin əksəriyyəti İran və Kanada vətəndaşlarıdır.